MadTeen "Kimsə" mahnısı artıq onlayndır.
Re Play-ə YouTube-da abunə ol:
Rəqəmsal platformalarda dinlə:
Musiqi və söz: Miro
Miks və masterinq: Sarkhanbeats
Tar: Atabek Ismayılov
Səsyazma: ReplayRecords
Rejissor: Elnur Bayramov
Sözlər:
[Bənd 1]
Kimsə getdi, kimsə qaldı təkcə
Kimsə çarə tapdı, kimsə yandı təkcə
Kimsə unudub hər şeyi bir anda çıxdı, getdi
Kimsə, - “Dönəcək o”, - deyib buna inandı təkcə
Kimsə sadiq oldu, kimsə tələyə düşdü
Kimsə, - “Fərqi yox”, - deyib dodaq-dodaq öpüşdü
Kimsə unutdurdu, sevdirdi kimsə mənə
Bəlkə kimsə sənsən, bəlkə kimsə mənəm
[Keçid]
Bilməzdim, hisslərimlə oynayıb gedərsən
Bilməzdim, hər şeyi silərsən
Get, dönmə, həsrətindən ölsəm
[Nəqərat]
Tutub əlindən indi kimsə
Nələr çəkir bu qəlb, bir bilsən
Necə verdin mənə bu dərdi?
Bu ağrı ölümdən betərdir
Mənə əzab verir bu hisslər
Nələr çəkir bu qəlb, bir bilsən
Niyə verdin mənə bu dərdi?
Desəydin, öncədən gedərdim
Desəydin, öncədən gedərdim
[Bənd 2]
Kimsə sevdi, kimsə yarıtmadı
Kimsə gözlədi, amma kimsə qayıtmadı
Kimsə gözlədiyimdən də betər zərbə vurdu
Kimsə eyni qaldı, fikirlərimi yanıltmadı
Kimsə sadiq oldu, kimsə tələyə düşdü
Kimsə, - “Fərqi yox”, - deyib dodaq-dodaq öpüşdü
Kimsə unutdurdu, sevdirdi kimsə mənə
Bəlkə kimsə sənsən, bəlkə kimsə mənəm
[Keçid]
Bilməzdim, hisslərimlə oynayıb gedərsən
Bilməzdim, hər şeyi silərsən
Get, dönmə, həsrətindən ölsəm
[Nəqərat]
Tutub əlindən indi kimsə
Nələr çəkir bu qəlb, bir bilsən
Necə verdin mənə bu dərdi?
Bu ağrı ölümdən betərdir
Mənə əzab verir bu hisslər
Nələr çəkir bu qəlb, bir bilsən
Niyə verdin mənə bu dərdi?
Desəydin, öncədən gedərdim
Desəydin, öncədən gedərdim
MadTeen tərəfindən ifa olunan "Kimsə" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2025
Etiketlər:
#MadTeen #Kimsə #mikpro